
MY 80 milyon avroya futbolçu ala bilər
“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons “Mançester Yunayted”in transfer hədəfində qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” niderlandlı futbolçunu aktiv şəkildə izləməyə davam edir. Almaniya klubu yarımmüdafiəçi üçün təxminən 80 milyon avro tələb edir.
“Qırmızı şeytanlar”ın keçən il 21 yaşlı futbolçu ilə maraqlandığı qeyd edilsə də, məsələ konkretliyə gəlməyib. Yanvarda “Leyptsiq” Simonsu PSJ-dən 50 milyon avroya alıb, lakin futbolçu tezliklə klubunu yenidən dəyişə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



