MY niderlandlı üçün 53 milyon avro ödəməyə hazırdır

“Bayern”də çıxış edən mərkəz müdafiəçisi Matteys de Liqt İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun transferində “Mançester Yunayted” maraqlıdır. İngiltərə klubunun rəhbərliyi De Liqtin transferi üçün 53 milyon avro təklif etməyə hazırdır. Müdafiəçinin özü artıq “qırmızı şeytanlar”la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

24 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button