MY ispaniyalı müdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır
“Mançester Yunayted” heyətini gücləndirmək variantlarını araşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “qırmızı şeytanlar”ın əsas hədəfi “Aston Villa”nın müdafiəçisi Pau Torresdir. “Mançester Yunayted” ispaniyalı futbolçu üçün 50 milyon avro civarında müqavilə təklif etməyə hazır olacaq.
Torres 2023-cü ilin yayından “Aston Villa”da çıxış edir. Müdafiəçi o vaxtdan bəri 47 rəsmi oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin