
MY dünya çempionu üçün danışıqlara başlayıb
“Mançester Yunayted” “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transferi üçün 47 milyon avro ödəyə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sövdələşmə ilkin mərhələdədir. Argentinalı dünya çempionu özü “qırmızı şeytanlar”ın heyətinə keçməkdə maraqlı olduğunu açıq şəkildə bildirib. “Aston Villa” qolkiperin istəyinin reallaşacağını istisna etmir.
Martines 2020-ci ilin payızında “Arsenal”dan “Aston Villa”ya keçib. O, son mövsümdə bütün yarışlarda 53 oyun keçirib, 16 dəfə qapısını toxunulmaz saxlayıb və 61 qol buraxıb. Qapıçının klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin