
Kamerunlu futbolçu “Mançester Yunayted”ə keçməyə yaxındır
“Brentford”un hücumçusu Brayan Mbeumo “Mançester Yunayted”ə keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” kamerunlu futbolçunun transferi ilə bağlı “arılar”la razılığa gəlmək üzrədir.
Bildirilir ki, danışıqlar müsbət istiqamətdə gedir və tərəflər yaxın vaxtlarda sözləşməni yekunlaşdıra bilər.
Mbeumo 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 42 oyunda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
25 yaşlı futbolçuya daha əvvəl “Tottenhem” də maraq göstərirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



