“Mançester Yunayted” onun gedişinə razılıq verib

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes 2025/26-cı ilində İngiltərədəki son mövsümünü keçirə bilər.

Komanda.az “İndykaila News”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 31 yaşlı yarımmüdafiəçinin Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubuna 100 milyon funt sterlinqə (təxminən 115 milyon avro) transferinə razılıq verib.

Müqavilənin gələn yay baş tutacağı bildirilir.

Bütün tərəflər razılığa gəlib. Fernandese isə sadəcə gələcək klubu ilə şəxsi müqavilə detallarını dəqiqləşdirmək qalır.

Bu məlumat təsdiqlənsə, portuqaliyalı futbolçu “Mançester Yunayted” tarixində ən bahalı satış olacaq. O, 2009-cu ildə “Real”a 94 milyon avroya transfer olunan Kriştiano Ronaldonu geridə qoyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button