MY onun üçün 50 milyon avro ödəyəcək?

PSJ-nin yarımmüdafiəçisi Manuel Uqartenin agenti Jorje Mendeş onun İngiltərə Premyer Liqasının top-klubuna transferini təşkil etməyə çalışır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, agent, uruqvaylı futbolçunun “Mançester Yunayted”ə keçidini təşkil etmək istəyir. Lakin İngiltərə klubu hələlik PSJ-nin tələb etdiyi 50 milyon avroluq təzminat məbləğini ödəmək istəmir. Transfer pəncərəsi bağlanana qədər vəziyyət dəyişə bilər.

Uqarte keçən yay “Sportinq”dən PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button