
“Mançester Yunayted” onu Fernandesin “varis”i kimi görür
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin gələn yay klubdan ayrılacağı iddiaları var.
Hələlik məlumatlara görə, 31 yaşlı futbolçu Səudiyyə Ərəbistanının zəngin klublarının diqqətindədir, ancaq onun qışda transfer olunma ehtimalı da müzakirə olunub.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu komandadan ayrılarsa, “qırmızı şeytanlar” transfer bazarına çıxmayacaq. Klubun planına görə, onun yerini 20 yaşlı Kobbi Mainu tutacaq.
“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



