MY braziliyalı futbolçunu satmağı planlaşdırır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro bu yay klubu tərk edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır. “Mançester Yunayted” yarımmüdafiəçinin hazırkı müqaviləsinin 2026-cı ilə qədər olmasına baxmayaraq, onu satmağa hazırdır.

Daha əvvəl braziliyalı futbolçunun “Bayern”ə keçməkdən imtina etdiyi bildirilirdi.

Kazemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button