
“Mançester Yunayted” futbolçusunu satışa çıxarıb
“Mançester Yunayted” 21 yaşlı vingeri Alexandro Qarnaçonu transferə çıxarıb.
Komanda.az “Give Me Sport”-a istinadən xəbər verir ki, argentinalı futbolçunun xidmətində əsas favorit “Çelsi”dir.
Qarnaço özü də londonluların heyətinə qoşulmaqda maraqlıdır. Bununla belə, “qırmızı şeytanlar” ümid edirlər ki, yarımmüdafiəçi uğrunda mübarizəyə “Tottenhem” də qoşulacaq.
Hazırda heç bir klub “Mançester Yunayted”in tələb etdiyi məbləği ödəməyə hazır deyil. Baş məşqçi Ruben Amorim Qarnaçonu gələcək planlarına daxil etmədiyi üçün klub onu satışa çıxarmaq qərarı verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



