
“Mançester Yunayted” onu təlim-məşq toplanışına aparmayacaq
“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Alexandro Qarnaço komanda ilə mövsümöncəsi təlim-məşq toplanışına getməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun məşqçilər heyəti argentinalı futbolçunu mövsümöncəsi tur üçün heyətə cəlb etməyi planlaşdırmır.
Qarnaço son mövsümdə bütün yarışlarda 58 matçda iştirak edib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib. 21 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin