İtaliya klubu Hoylund üçün danışıq aparır

“Mançester Yunayted” hücumçusu Rasmus Hoylundu satmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçu ilə yollarını ayırmaq haqda danışıqlar aparıb və Hoylund artıq öz variantlarını nəzərdən keçirir.

“Mançester Yunayted” forvardı satmağa üstünlük verir, lakin icarə ehtimalını da istisna etmir. “Milan” oyunçunu 40 milyon funt-sterlinqə satın alma hüququ ilə icarəyə götürməyə hazırdır. Dünən potensial sövdələşmə ilə bağlı növbəti danışıqlar aparılıb.

22 yaşlı futbolçu son mövsümdə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 52 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button