MY müdafiəçisini 17 milyon avroya satmağa hazırdır
“Mançester Yunayted”in müdafiəçisi Aaron Van-Bissaka yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “İnter” ingiltərəli futbolçu uğrunda mübarizədə “Vest Hem”i qabaqlamaq niyyətindədir.
26 yaşlı müdafiəçinin özü də İngiltərəni tərk etməyə meyllidir. “Mançester Yunayted” onu 17 milyon avroya satmağa hazırdır.
Van-Bissaka ötən mövsüm 30 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la müqaviləsi gələn ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin