“Mançester Yunayted” onlarla vidalaşdı
“Mançester Yunayted” icarə əsasında klubda çıxış edən iki futbolçu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, söhbət Marsel Sabitzer və Vaut Veqhorstdan gedir.
Klub onların hər ikisinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Sabitzer Mançester klubuna bu ilin yanvarında “Bayern”dən, Veqhorst isə “Bernli”dən gəlmişdi.
Veqhorst “Mançester Yunayted”də 31 oyuna çıxıb, 2 qol və 3 ötürmə müəllifi olub. Sabitzer isə İngiltərə nəhəngində 18 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin