“Mançester Yunayted” onları göndərir

İngiltərənin “Mançester Yunayted” klubu qış transfer pəncərəsi dövründə 4 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Serxio Romero, Markos Roxo, Cessi Linqard və Fil Consun xidmətində maraqlı deyil. Məlumata görə, klub Romero və Roxonu icarəyə verməyi düşünür. Linqard və Cons üçün gələcək təkliflərin də dəyərləndiriləcəyi deyilir.

Daha əvvəl yayılan xəbərlərdə, “Mançester Yunayted”in qış transfer dövründə müdafiəçi almayacağı bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button