
“Mançester Yunayted” ondan əl çəkmir
“Mançester Yunayted” hələ də “Brentford”un futbolçusu Brayan Mbeumonu transfer etmək istəyir.
“Qırmızı şeytanlar” ilk olaraq 45 milyon funt sterlinq və əlavə 10 milyon bonus təklif etsə də, bu, “Brentford” tərəfindən rədd edilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq, tərəflər danışıqları davam etdirir. MY 25 yaşlı cinah oyunçusu üçün yeni və daha yaxşılaşdırılmış bir təklif üzərində işləyir.
Kamerunlu forvard son mövsümdə Premyer Liqada 38 oyunda 20 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



