“Mançester Yunayted” kamerunlu futbolçu üçün danışıq aparır

“Mançester Yunayted” “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanın transferindən vaz keçmir.

“Qırmızı şeytanlar” kamerunlu futbolçu ilə hələ yayda maraqlanmışdı, ancaq “Brayton” onun satışına razı olmamışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda klublar Balebanın 2026-cı ildə baş tuta biləcək keçidi ilə bağlı danışıqlar aparır. “Mançester Yunayted” 21 yaşlı oyunçu üçün 90 milyon funt sterlinq (təxminən 103 milyon avro) ödəməyə hazırdır.

“Transfermarkt” portalı Balebanın dəyərini 60 milyon avro olaraq qiymətləndirir. Onun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button