
MY İspaniya klubunun qapıçısını transfer edə bilər
“Mançester Yunayted” “Espanyol”un qapıçısı Joan Qarsiyanı transfer etməyə cəhd edib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərə klubu əsas qapıçısı Andre Onana üçün əvəzedici axtarır. Qarsiyanın “Espanyol”la müqaviləsində sərbəst qalma məbləği 21 milyon funt-sterlinq (24,6 milyon avro) nəzərdə tutulub.
23 yaşlı qolkiper İspaniya çempionatının cari mövsümündə 32 oyun keçirib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 33 matçdan sonra 38 xalla 14-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin