
Onana ərəblərə təklif olunub
“Mançester Yunayted”in qapıçısı Andre Onana cari transfer pəncərəsində komandanı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi iki qapıçısından birindən (digəri Altay Bayındır) xilas olmaq istəyir və böyük ehtimalla, seçim Andre Onananın üzərinə düşəcək. “Qırmızı şeytanlar” kamerunlu futbolçunu artıq Səudiyyə Ərəbistanı klublarına təklif edib. Artıq “Neom” qolkiperlə maraqlanır.
Onana 2023-cü ilin yayında 50 milyon avroya “İnter”dən “Mançester Yunayted”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



