“Mançester Yunayted” Onana üçün ilk təklifini edib

“Mançester Yunayted” Andre Onan üçün “İnter”ə ilk təklifini edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı qapıçı üçün 40 milyon və əlavə bonus olaraq 5 milyon avro təklif ediblər.

“İnter” isə Onananın satışından 60 milyon avroya qədər qazanc əldə etməyi planlaşdırır ki, bunun da 50 milyonu sabit olacaq.

Tərəflər əlaqə saxlamağa davam edəcək və “Mançester Yunayted” ən azı bir təklif daha verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button