MY 100 milyon avro ödəməyə hazırdır – Xavi üçün
“Mançester Yunayted” PSJ-nin yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatmaq niyyətindədir.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, İngiltərə klubu 21 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır ki, bu da “Bayern”in təklifindən 30 milyon çoxdur.
PSJ niderlandlı yarımmüdafiəçini 2023/24 mövsümündə çıxış etdiyi “Leyptsiq”ə icarəyə göndərmək variantını da nəzərdən keçirir.
Simons 2019-cu ilin iyulunda PSJ-yə keçib. Onun parislilərlə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.
2023/24 mövsümündə icarə əsasında “Leyptsiq”də çıxış edən yarımmüdafiəçi 43 matçda 10 qol vurub, 15 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin