
“Mançester Yunayted” ingiltərəli futbolçu ilə maraqlanır
“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Mançester Yunayted” maraqlanır.
Amma Andersonun hazırda “Nottingem Forest”i tərk etmək niyyətində olmadığı bildirilir. O, cari mövsümdə Premyer Liqada 4 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
İngiltərəli futbolçunun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



