“Mançester Yunayted” rəhbərliyinin xəsisliyi şoka saldı

“Mançester Yunayted”in rəhbərliyi qənaət siyasəti yürüdür. Bəlkə də, buna xəsislik demək daha yaxşı olar…

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Mançester Siti”yə üz tutaraq, Kobbi Mainu və Alexandro Qarnaçonu “qızıl top” mərasiminə aparmağı xahiş ediblər.

“Mançester Yunayted” “Mançester Siti” rəsmilərinin təyyarəyə iki oyunçu götürəcəklərinə ümid edib, lakin cavab olaraq bütün yerlərin alındığını eşidiblər. Beləliklə, “qırmızı şeytanlar” başqa variant axtarmalı və ya özləri uçuş sifariş etməli olacaqlar.

“Mançester Siti”nin “qızıl top”a daha çox – 8 namizədi var. Mükafatın təqdimetmə mərasimi oktyabrın 28-də keçiriləcək. “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior “qızıl top”a əsas favorit hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button