“Mançester Yunayted” – “Milan” matçında iki yubiley
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” klubları arasında keçirilmiş ilk oyun iki futbolçu üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, Samuel Kastilyexo “Milan”da, Erik Bayi isə “Mançester Yunayted”də yubiley matçına çıxıb.
Hər iki futbolçu öz klubunun heyətində 100-cü matçını keçirib. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.
Kastilyexo 2018-ci ildən “Milan”ın uğurları üçün çalışır. 26 yaşlı ispan yarımmüdafiəçi bu komandanın heyətində indiyə qədər 10 qola imza atıb, 12 məhsuldar ötürmə müəllifi olub.
Bayi isə 2016-cı ildən “qırmızı şeytanlar”ın sıralarındadır. Fil Dişi Sahili yığmasının 26 yaşlı mərkəz müdafiəçisi bu müddət ərzində “Mançester Yunayted”də 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Mançester Yunayted” – “Milan” matçında qalib müəyyənləşməyib – 1:1. Tərəflər arasındakı cavab görüşü martın 18-də İtaliyada keçiriləcək.
Bizi Facebook-da izləyin