MY Maquayrla niyə yeni müqavilə bağlamaq istəyir?

“Mançester Yunayted” müdafiəçisi Harri Maquayrla bağlı qərar verib.

31 yaşlı müdafiəçinin Mançester klubu ilə müqaviləsi gələn yayda başa çatacaq.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi ingiltərəli futbolçu ilə müqaviləni uzatmaq istəyir. Klub onu heyətdə saxlamaq istəmir, lakin bu qərar onu pulsuz itirmək qorxusundan irəli gəlir.

“Mançester Yunayted” 2019-cu ilin yayında Maquayr üçün “Lester”ə 80 milyon avrodan çox təzminat ödəmişdi. O, son illərdə komandanın əsas heyətindəki yerini itirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button