“Mançester Yunayted” Lukakunu satıb, fransalını alır
“Mançester Yunayted” komandadan ayrılması gözlənilən Romelu Lukakunun əvəzləyicisini Bundesliqada tapıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”, “Ayntraxt”da forma geyinən Sebastian Halleri heyətinə qatmaq niyyətindədir. Mançester təmsilçisi Hallerin transferi ilə “İnter”ə keçəcəyi gözlənilən Lukakunun boşluğunu doldurmaq istəyir.
“Ayntraxt”ın bu transferdən 35 milyon avro qazanmağı hədəflədiyi bildirilir.
Fransalı futbolçu ilə “Borussiya” (Dortmund), “Vest Hem” və “Nyukasl” kimi klubların maraqlandığı deyilir.
Frankfurt təmsilçisi ilə 2021-ci ilədək müqaviləsi olan 24 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 41 oyunda 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin