![](https://komanda.az/wp-content/uploads/2024/04/kastello-lukeba.jpg)
“Leyptsiq”in müdafiəçisi İngiltərənin 3 klubunun hədəfindədir
“Leyptsiq”in müdafiəçisi Kastello Lukebaya transfer bazarında maraq var.
Komanda.az “sportbild”-ə istinadən xəbər verir ki, Avropanın bir neçə top-klubu futbolçunu transfer etməkdə maraqlıdır. Bunlar arasında “Mançester Yunayted”, “Liverpul” və “Çelsi”nin adı çəkilir.
Lukebanın Almaniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ildə başa çatacaq. 22 yaşlı müdafiəçi Bundesliqada bu mövsüm 11 oyun keçirib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin