MY Almaniya klubunun futbolçusunu “qaralayıb”
“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Leyptsiq”in ispaniyalı yarımmüdafiəçisi Dani Olmo ingilislərin maraq dairəsinə düşüb.
Aparıcı oyunçusu üçün təxminən 60 milyon avro təklif etsələr, “Leyptsiq” onunla yollarını ayırmağa hazırdır.
Daha əvvəl “Real”ın Olmo ilə maraqlandığı bildirilirdi.
25 yaşlı yarımmüdafiəçi bu mövsüm Almaniya çempionatında 16 oyun keçirib. Olmonun aktivində 3 qol və 4 məhsuldar ötürmə var. Futbolçunun “Leyptsiq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin