“Mançester Yunayted” kubokun qalibi oldu

İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbəri verir ki, həlledici oyunda “Mançester Yunayted” və “Nyukasl” komandaları qarşılaşıblar.

“Uembli” stadionunda baş tutan final matçı “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mançesterlilərin heyətində Kazemiro (33-cü dəqiqədə) və Markus Raşford (39) fərqləniblər.

Daha öncə 1992, 2006, 2009, 2010 və 2017-ci illərdə turnirin qalibi olan “Mançester Yunayted” altıncı dəfə kuboku qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button