MY komandadan uzaqlaşdırılan futbolçunun qiymətini açıqlayıb
“Mançester Yunayted” vingeri Ceydon Sançonun qiyməti ilə bağlı qərar verib.
Komanda.az xəbər verir ki, bu barə “Bild” nəşri məlumat yayıb.
İngiltərə təmsilçisi bu yay futbolçu ilə 50-60 milyon avroya ayrılmağa hazırdır. Əvvəllər futbolçunun qiyməti 35-40 milyon avro idi.
Hazırda 23 yaşlı Sanço icarə əsasında “Borussiya”da çıxış edir. Futbolçunun Almaniya klubu ilə müqaviləsi mövsümün sonuna kimidir.
“Mançester Yunayted” 2023-cü ilin sentyabrında komandanın baş məşqçisi Erik ten Haqla münaqişəsi səbəbindən oyunçunun komandadan kənarlaşdırıldığını elan etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin