
“Mançester Yunayted” klubun satılacağı haqda xəbərləri təkzib edib
“Mançester Yunayted” rəhbərliyi klubun satılacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”a yaxın bir neçə mənbə yeni investorla danışıqların aparılması barədə xəbərlərin doğru olmadığını bildirib.
Bir qədər əvvəl Səudiyyə Ərəbistanından olan şeyx Turki Əl-Əş-Şeyx klubun satışı ilə bağlı “irəliləmiş danışıqların getdiyini” açıqlamışdı. Ancaq bu iddia “Mançester Yunayted” tərəfindən tamamilə əsassız kimi dəyərləndirilib.
Hazırda klubun idarəedici hissəsinin böyük payı Cim Ratkliff və Qleyzer ailəsinə məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



