“Mançester Yunayted” qapıçısını satmağa hazırlaşır

“Mançester Yunayted” klubu yayda futbolçusu David de Xea ilə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football İnsider” portalı məlumat yayıb. Xəbərdə, MY-nin yayda 30 yaşlı qapıçı üçün gələn təklifləri dəyərləndirəcəyi bildirilib. Heyəti yeniləmək istəyən “qırmızı şeytanlar” digər qapıçı Serxio Romero ilə də yollarını ayıracaq.

De Xea bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb. 2011-ci ildən “qırmızı şeytanlar”da çıxış edən ispan qapıçının müqaviləsi 2023-cü ilin yayına qədərdir. De Xeanın “transfermarkt”da dəyəri 25 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button