Bruno Fernandesi sevindirən addım
“Mançester Yunayted” klubu futbolçusu Bruno Fernandeslə müqaviləni yeniləməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” portuqaliyalı yarımmüdafiəçi ilə danışıq aparır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Fernandes yeni müqavilə ilə həftədə 250 min funt-sterlinqdən çox məvacib alacaq.
2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edən Fernandesin müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin