
“Mançester Yunayted” müdafiəçisini itirdi
“Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu Luk Şou zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqanın 3-cü turunun “Kristal Pelas”la görüşündə zədələnən müdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
“Mançester Yunayted” “Kristal Pelas”a doğma azarkeşləri qarşısında 1:2 hesabıyla məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin