Venger: “Mançester Yunayted” inamını, keyfiyyətini və hətta ruhunu itirib”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Premyer Liqanın 10-cu turunda “Mançester Yunayted”in “Mançester Siti”yə uduzmasını (0:3) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Mançester Yunayted”in öz keyfiyyətini itirdiyini bildirib:

“Mən deyərdim ki, hər şey layiq olduğu kimidir. Oyun irəlilədikcə iki komanda arasında fərq daha da böyüyürdü. Sonda “Mançester Yunayted” kimi böyük klubun bu qədər ümidsiz görünməsi ayıbdır. Onların necə inkişaf edə biləcəyini görmürəm. Bu komanda indi inamını, keyfiyyətini və hətta ruhunu itirib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button