“Mançester Yunayted”, Keynə təklif göndər!”
İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand hesab edir ki, “qırmızı şeytanlar” “Tottenhem”in hücumçusu Harri Keyni transfer etməlidir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu, “Tottenhem”in onsuz da heç bir titul qazanmayacağını deyib:
“Mançester Yunayted”, Keynə təklif göndər! “Tottenhem” azarkeşlərindən üzr istəyirəm, amma klubunuz heç nə qazanmayacaq. Harri bu komandada kuboksuz qalacaq.
Bəli, onun üçün ciddi məbləğ ödəməli olacaqsız, amma bunun müqabilində “Mançester Yunayted” daim qol vuran futbolçu alacaq. Keyn “Mançester Yunayted” üçün çox faydalı olardı”.
Keyn 2011-ci ildən “Tottenhem”də çıxış edir və onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin