MY italiyalılarla anlaşmağa yaxındır

“Mançester Yunayted” Rasmus Hoylundun transferi üçün “Atalanta” ilə anlaşmağa yaxındır.

Komanda.az “İndependent”-ə istinadən xəbər verir ki, klublar hazırda danışıqlar aparır. Bu müddət ərzində transferin qiymətində azalma ehtimalı var.

20 yaşlı danimarkalı futbolçu üçün əvvəlcə təxminən 80 milyon funt-sterlinq ödənəcəyi gözlənilsə də, “qırmızı şeytanlar” Hoylundu 60 milyon funt-sterlinqə ala bilər.

Artıq oyunçu ilə şəxsi müqavilənin şərtlərinin razılaşdırıldığı bildirilir. Hazırda “Atalanta” və “Mançester Yunayted” transfer məbləğinin bonuslar şəklində ödəniləcək payını müzakirə edirlər.

Məlumatda qeyd olunur ki, Hoylundun transfer dəyərinin aşağı salınması “Mançester Yunayted”ə maliyyə feyr-pleyini pozmadan Sofyan Amrabatla müqavilə bağlamağa imkan verə bilər. “Fiorentina”nın yarımmüdafiəçisi ilə bağlı müqavilənin əsas detalları artıq razılaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button