
MY İspaniya klubundan təklif gözləyir
“Mançester Yunayted”in müdafiəçisi Tayrell Malasiya yay transfer pəncərəsinin bağlanmasından əvvəl komandadan ayrılmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə hələ də La Liqa təmsilçisi “Elçe” maraqlanır.
“Qırmızı şeytanlar”ın rəhbərliyi hazırda İspaniya təmsilçisindən uyğun təklif gözləyir.
26 yaşlı futbolçu 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, bu müddət ərzində 47 oyunda meydana çıxsa da, hələlik qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



