MY 2 məşqçinin namizədliyini nəzərdən keçirir

Mətbuatda “Mançester Yunayted”də mümkün baş məşqçi dəyişikliyi ilə bağlı məlumatlar yer almağa davam edir.

Beynəlxalq oyunlar üçün oktyabr fasiləsinə qədər Erik ten Haqın komandası “Portu” və “Aston Villa” ilə qarşılaşacaq. Nəticələr pis olarsa, niderlandlı mütəxəssis postundan uzaqlaşdırıla bilər.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” hazırda Simone İnzaqinin namizədliyini nəzərdən keçirir.

“Qırmızı şeytanlar” bu mütəxəssisi Qaret Sautqeytdən üstün tutur. İnzaqinin “İnter”dən dəvət edilməsi nəticə verməsə, klub o zaman Sautqeytə üz tutacaq.

Daha əvvəl ortaya çıxan digər məlumatlara görə, Ten Haq qovularsa, Sautqeyt “Mançester Yunayted”in baş məşqçi postunun favoriti olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button