MY 60 milyon avroya aldığı oyunçudan qurtulmaq istəyir

Meyson Maunt yay transfer pəncərəsində “Mançester Yunayted”i tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi ingiltərəli futbolçunu satışa çıxarmağa və yaxşı məbləğdə təzminat qarşılığında ondan qurtulmağa hazırdır.

MY 25 yaşlı yarımmüdafiəçini “Çelsi”dən 60 milyon avroya alıb. O, Premyer Liqada ötən mövsüm 14 oyun keçirib, 1 qol vurub.  

Meyson Maunt “qırmızı şeytanlar”ın aparıcı oyunçusu deyil. Daha əvvəl “Mançester Yunayted”in bu futbolçunu satmağı planlaşdırmadığı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button