
Poqba 100-ə çatdı
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 7-ci turunda “Arsenal”la qarşılaşıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 1:1 hesabıyla bitən qarşılaşma “qırmızı şeytanlar”ın futbolçusu Pol Poqba üçün əlamətdar olub. Belə ki, qarşılaşmaya start heyətdə başlayan Poqba, 100-cü Premyer Liqa oyununu keçirib.
Fransız yarımmüdafiəçi 100 Premyer Liqa oyununda 24 qol vurub və 25 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin