Fransız hücumçu “Mançester Yunayted”in tarixinə düşdü
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 35-ci turunda “Sauthempton”la qollu bərabərə qalıb – 2:2.
Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada qol vuran Antoni Marsial “qırmızı şeytanlar”ın tarixinə düşüb. Bu barədə “Squawka” portalı məlumat yayıb. Marsial MY ilə Premyer Liqadakı qollarının sayını 50-yə çatdırıb.
Fransız hücumçu bununla da, “Mançester Yunayted” tarixində Premyer Liqada 50 və daha çox qol vuran 10-cu futbolçu olub. 24 yaşlı futbolçu bu göstəriciyə 142 oyunda nail olub.
MY tarixinin bombardiri isə 183 qolla Ueyn Runidir.
“Mançester Yunayted”in İngiltərə Premyer Liqasında ən çox vuran futbolçuları:
- Ueyn Runi – 183 qol
- Rayan Giqqz – 109
- Pol Skoulz – 107
- Ruud van Nistelroy – 95
- Endi Koul – 93
- Ole-Qunnar Sulşer – 91
- Kriştiano Ronaldo – 84
- Erik Kantona – 64
- Devid Bekhem – 62
- Antoni Marsial – 50
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin