“Çelsi” ilə oyunu buraxacaq – Sulşer açıqladı
“Mançester Yunayted” İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsində “Çelsi” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada “qırmızı şeytanlar”ın müdafiəçisi Luk Şou iştirak edə bilməyəcək. Bu barədə MY-nin baş məşqçisi Ole-Qunnar Sulşer klubun mətbuat xidmətinə açıqlamasında deyib. Şou zədə səbəbindən görüşü buraxacaq.
Müdafiəçi Premyer Liqanın 35-ci turunun “Sauthempton”la matçında (2:2) zədələnmişdi.
Sabah keçiriləcək “Çelsi” – “Mançester Yunayted” matçı saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin