“Mançester Yunayted” ilk transferini açıqladı
“Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntla uzunmüddətli müqavilə imzalandığını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Mançester klubu rəsmi saytında məlumat yayıb.
Daha əvvəl “Mançester Yunayted”in 24 yaşlı ingilis futbolçunun transferi üçün 50 milyon avrodan çox pul ödəyəcəyi bildirilirdi.
Maunt “Çelsi”nin yetirməsidir. O, “zadəganlar”ın heyətində 197 oyunda 33 qol vurub və 37 məhsuldar ötürmə edib.
Bu, “Mançester Yunayted”in yay transfer pəncərəsində ilk transferidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin