“Mançester Yunayted” ili rekord gəlirlə başa vurub, ancaq…

“Mançester Yunayted”in 2025-ci il üzrə maliyyə hesabatı açıqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədə görə, “qırmızı şeytanlar” yay transferləri də daxil olmaqla artıq gerçəkləşdirilmiş keçidlər üçün 135,8 milyon funt sterlinq ödəyəcək. Satışlardan isə əlavə gəlir gözlənilmir.

Bundan başqa, “Mançester Yunayted”in yenilənən kredit xətti 300 milyondan 350 milyon funt sterlinqə qədər artırılıb.

Maliyyə nəticələrinə əsasən, klub 2025-ci maliyyə ilini rekord – 666,5 milyon funt gəlirlə başa vurub. Ancaq bütün zamanların ən yüksək kommersiya gəlirlərinə baxmayaraq, “Mançester Yunayted” 33 milyon funt sterlinq zərərə düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button