MY LGBT-yə dəstəkdən imtina edib – Mərakeşli futbolçuya görə
“Mançester Yunayted”in futbolçuları İngiltərə Premyer Liqasının 13-cü turunun “Everton”la oyunundan (4:0) əvvəl mərakeşli müdafiəçi Nussair Mazrauinin təşəbbüsə qoşulmaqdan imtina etməsindən sonra LGBT-yə dəstək üçün gödəkçə geyinməyiblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda üzvləri Mazrauinin onu geyinməkdən imtina edən yeganə şəxs olmaması üçün, ümumi komandanın gödəkçəni geyinməməsinə qərar verilib və bunu bildiriblər:
“Mançester Yunayted” həyatın bütün təbəqələrindən olan azarkeşləri qəbul edir və bizim müxtəliflik və inklüzivliyə güclü bağlılığımız var. Biz bu prinsipləri bir sıra fəaliyyətlər, o cümlədən ayrı-seçkiliyin bütün formalarına qarşı kampaniyalar vasitəsilə nümayiş etdiririk. Oyunçuların, xüsusən də, inancları ilə bağlı öz fikirlərini bildirmək hüququ var və bu, bəzən klubun mövqeyindən fərqlənə bilər”.
Mazraui Mərakeşdən olduğu üçün onun LGBT-ni dəstəkləməməsini başa düşmək olar.
Bizi Facebook-da izləyin