“Mançester Yunayted hər dəfə qol buraxanda tez təslim olur” – Runi

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi keçmiş klubunun problemlərindən danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“Bu komandaya baxın və onun liderindən danışın. Bruno Fernandes kapitandır, bəs liderlər kimlərdir? Komanda hər dəfə qol buraxanda tez təslim olur. İnsanda belə bir təəssürat yaranır ki, onlar artıq oyuna qayıda bilməyəcəklər”.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının ötən mövsümünü turnir cədvəlində 8-ci yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button