
“Mançester Yunayted”in oyununu izləmək mənim üçün çətindir”
“Beşiktaş”ın baş məşqçisi Ole Qunnar Sulşer “Mançester Yunayted”də baş verənlərə münasibətini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sabiq komandasının oyununu izləməyin çətin olduğunu söyləyib:
“Mançester Yunayted” mənim ailəmdir və həmişə bir parçam olacaq. Komandanın oyununu izləmək mənim üçün çətindir. Həftə sonundan sonra Premyer Liqanın turnir cədvəlinə baxmaq asan deyil”.
Sulşer 1996-2007-ci illərdə “qırmızı şeytanlar”da çıxış edib və daha sonra komandanın baş məşqçisi olub.
“Mançester Yunayted” hazırda 39 xalla Premyer Liqa cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda ilk yarımfinal oyununda “Atletik”ə 3:0 hesabı ilə qalib gələrək, Avropa Liqasının finalına vəsiqəni demək olar təmin edib.
Bizi Facebook-da izləyin



