
“Nyukasl” “Mançester Yunayted”in futbolçusunu “qaralayıb”
“Mançester Yunayted”in vingeri Amad Diallo ilə Premyer Liqanın bir klubu maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır və “Nyukasl” onun vəziyyətini diqqətlə izləyir. Bununla belə, oyunçunu heyətə qatmaq o qədər də asan olmaya bilər. Çünki onun “Mançester Yunayted”lə müqaviləsində bir illik avtomatik yeniləmə bəndi var.
Fil Dişi Sahilindən olan oyunçu Mançester klubunun heyətində 10 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin