Maquayr Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr İngiltərə Premyer Liqasını tərk edərək Səudiyyə Ərəbistanı liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Nəsr” və “Əl-İttifaq” ingilis futbolçuyla maraqlanır. Müdafiəçinin bu klublardan birinə keçidi yanvar transfer pəncərəsində baş tuta bilər.

Maquayrın “qırmızı şeytanlar”la müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button